1 2 3 4 5 6 7 8 9 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 2

səhifə2/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

7


məqsədli həyati fəaliyyətətəhrik edən qüvvədir. Ruh təkcə bu dün-
yanın  deyil,  həm  də  əbədi  dünyanın,  axirətin  sakinidir. Axirətdə 
insanın  cismi  deyil,  ruhu  sorğu-sual  olunur.  Əgər  o,  parlaq  nura 
bələnibsə, yəni bu dünyada xeyirxah əməllərlə məşğul olubsa cən-
nətə, şər işlərlə məşğul olubsa, zülmətə bələnibsə cəhənnəmə dü-
şür. İnsan bu dünyanı da, o dünyanı da öz əməlləri ilə özü seçir. 
İnsana ilk yaranışdan ali varlıq, Uca Yaradan tərəfindən doğru yol 
göstərilib, yəni insan ağılla əldə etdiyi məlumatlar vasitəsi ilə his-
siyyat üzərində hökmranlıq etmək sayəsində özünə doğru yol seçir. 

«Ruhlar aləmi özü də bir dünyadır, ruhlar aləminin öz qa-


nunları  var»  

adlı  fəsildə  müəllif  ruhun  mahiyyətini  açıqlayır, 
onun  mayasının  enerji  olduğunu  bəyan  edir. Yəni  ruhun  mayası 
şəffaf, tərkiblərə bölünməyən bir yaşantı, doğulmayan, törəməyən 
bir vücud, bütün yaşamları əlaqələndirən bir vasitə, ən nəhayətdə 
isə bütün kainatın halını yaşayan bir qüvvənin zərrəsidir. Ruhlar 
aləmi  maddi  varlıqların  yaşadığı  aləmdən  ciddi  fərqlənir.  Orada 
bütün  hərəkət  işıq  sürətindən  yuxarı  sürətlə  baş  verir.  Məntiqlə 
dərk edilən, qəbul edilən, görünməyən, xüsusi növ enerjidən ibarət 
incə materiya növü olan ruh bədəndə şəxsiləşir, yalnız ölüm anında 
ruh bədəndən ayrılır, ruh beyni, beyin bədəni fəallaşdırır. 

Kainatdan o yana 

haqqında mühakimə yürüdən müəllif oranı 
Allahın məskəni sanır. Orada hər şeyin gümüşü rəngdə gözəl ol-
duğunu göstərir və mələklərlə (əslində ruhlarla) mükaliməyə girir 
insan – ruh – ali varlıq haqqında təsəvvürlərini oxucularla bölüşür.
Hesab edirəm ki, kitab geniş oxucu auditoriyası üçün qiymətli 
vasitə olacaq, insan – ruh – Allah haqqında geniş biliklərə sahib 
olmaq istəyənlərin stolüstü kitabına çevriləcək.

Fəlsəfə elmləri doktoru 


Fəxrəddin Ağazadə



8


I FƏSİL. 


Ekstrasens, sən kimsən?


İnsan dünyaya gələndə elə ilk andan taleyin sərt sınaqlarına çə-
kilir. Körpənin ilk ağlamağında onun yeni düşdüyü mühit üçün na-
rahatlığı hiss olunur. Həm də bu ağlamaqda itirilmiş isti ana bətni 
üçün bir heyifsilənmək duyğusu da var. Lakin bütün bunlar ilk sı-
naqlardır. Ən əsası odur ki, körpə anadan tam sağlam doğulub. İn-
sanın gələcək taleyinin ilk başlanğıcı çox vaxt bu anlardan başlanır. 
Ey insan övladı, sən doğuldun, bu bir səbəb-nəticə ardıcıllığı-
nın bəhrəsidir. Ancaq sənin taleyinə hər an vurulmağa hazır olan 
zərbələr isə hələ qarşıdadır. Kim qoruyacaq səni bu zərbələrdən, 
kim?.. 
Taleyin sərt sınaqlarında qayalarda bitən yabanı çiçəklər kimi 
bir  damcı  suya  həsrət  qalan  varlıqlardan  üstün  olan  cəhətlərini 
anlayırsanmı? Elə əslində ilk doğuluşundan xoşbəxtsən ki, insan 
kimi  dünyaya  gəlmisən.  İnsan  maddi  aləmdə  duyub  anladığımız 
varlıqlar içərisində ən mükəmməli, ən alisidir. Onun fiziki və əqli 
imkanları birləşəndə çox böyük qüvvə yaradır. 
Həyat  insanı  yaşamaq  üçün  mübarizə  aparmağa  məcbur  edir. 
Bu mübarizə isə mətinləşdirir, kamilləşdirir insanı. Həyat müxtə-
lif varlıqları çox sınağa çəkir. İnsan bəlkə də yeganə varlıqdır ki, 
həyata öz iradəsini bəzən diktə edir. Lakin bununla bərabər həm 
fiziki, həm də mənəvi kamilliyin son hüdudu insandır demək düz 
olmazdı. Çünki insan özü hər an mənəvi kamilliyə can atır, fiziki 
və mənəvi kamilliyin sərhədlərinin tükənməzliyini hiss edir. Lakin 
həyat hamını eyni dərəcədə dünyaya gətirmir. Bəzən insan hər han-
sı fiziki və mənəvi qüsurlardan xali olmur. Belə qüsurların çox vaxt 
insan xoşbəxtliyinə nəzərə çarpacaq təsirləri hiss olunur. 
Onsuz da həyatda xoşbəxtlik nisbidir. Təbiətin verdiyi fiziki və 
əqli pay isə əsl xoşbəxtlikdir. İnsan dünyaya tam sağlam gəldi, an-
ladıq bu xoşbəxtliyi, bəs həyat?.. 
İnsanın mənəviyyatı onun düşdüyü mühitdə formalaşır. Bəzən 
heç  anlamazsan  ki,  müəyyən  yaş  dövründə  etdiyin  hər  hansı  bir 

9


hərəkət, haradasa sənin uşaqlıq dövründə yaddaşında həkk olun-
muş bir səbəbin nəticəsidir. 
İnsan  həyatında  izsiz  qalmayan  hadisə  yoxdur,  lakin  həyatda 
çox az iz qoyan insanlar var. Həyatda daim xatırlanmaq üçün, kim-
sələrə yük olmamaq üçün faydalı və yaxşı işlərlə məşğul olmaq 
lazımdır.  Xüsusilə  müəyyən  olunmuş  yaş  dövründən  başlayaraq 
öyrənilən elmlər sənin gələcək uğurlarının başlanğıcıdır. 
İnsan üçün həyatda var-dövlət mənbələri çoxdur, lakin elm və 
bilik sahibi olmaq, ən böyük dövlətdir. Bilikli adam hər yerdə hör-
mət sahibi olar, valideyn hörməti, el qeyrəti, vətən namusu çəkmə-
yi bacarar. 
Sən öyrən, öyrənmək heç vaxt gec deyil. Nəyisə öyrənməmək 
pisdir, çünki o bilik lazım olanda sən onu o an üçün öyrənə bil-
məyəcəksən. Çox şey bilməyin insan üçün heç bir ziyanı yoxdur. 
Lakin  mümkün  qədər  faydalı  şeylər  öyrənmək  lazımdır  ki,  sənə 
lazım olmayan biliklər üçün vaxt itkisinə yol verməyəsən. Müxtəlif 
elmlərdən bəhrələnmək insanın dünyagörüşünü şaxələndirir. Lakin 
bir gövdədən ayrılan budaqlar kimi müxtəlif elmlər də müəyyən 
bir başlanğıcın məhsuludur. Elmsiz insan daha çox öz hissiyyatı 
ilə bağlı olar ki, bu da onun səviyyəsini aşağı salar. Öz hissiyyatına 
uymaq isə ən azı səviyyəsizlik deməkdir. 
Haradasa  müxtəlif  elm  sahələri  sənin  üçün  maraqlı  olmaya 
bilər, lakin hər hansı bir məqsədə çatmaq üçün yeri gələndə özün 
özünə qarşı hədsiz tələbkar olmalısan. Xoşbəxtliyin açarı həmişə 
özü-özünə tələbkar olan kəsdə olar. Zəhmət çəkmədən heç bir na-
iliyyət əldə etmək mümkün deyildir. Zəhmətsiz əldə olunmuş hər 
şeydə nə isə bir tamsızlıq var. 
Ola bilsin ki, həyatda müəyyən mövqeyə maliksən, ola bilsin 
ki, həyatın bir növ təmin olunmuşdur, lakin əsil insan həyatla mü-
barizəsində hər an ən müxtəlif elm sahələri ilə silahlanmalıdır. Ən 
müxtəlif elm sahələrinə hədsiz dərəcədə göstərilən maraq heç vaxt 
itməyən zəhmətdir. 
İnsan dünyaya gələndən müəyyən dövrə qədər həmişə bir tər-
biyəçiyə və ya hamiyə ehtiyacı olur. Bəzən belə bir ehtiyac insanın 

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayram-dalkili---eyll.html

bayram-mznnsi-dollar-1.html

bayramhazrl-v---novruz.html

bayramlarning-nazariy.html

bayramov-rid-mahir-olu.html