1 ... 9 10 11 12 13 14 15 16 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 13

səhifə13/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal

40


almaq üçün həmin varlığın o anını, təzahürünü və mahiyyətini bil-
məlisən. Belə olan təqdirdə sən o varlığa nüfuz edə bilərsən. 
Nüfuz edəni həm də təqlid edirlər. Çünki nüfuz edən kəs həmişə 
başqalarından üstün kəs kimi təsdiq edilir. Nüfuz edən kəsin hök-
mən müəyyən xarakterik xüsusiyyətləri olur və o öz xüsusiyyətlə-
rinə rəğmən hərəkət edir. Lakin belə də ola bilər ki, heç özünün də 
hiss etmədiyin elə xüsusiyyətlərin ortaya çıxar ki, məhz sən o xü-
susiyyətlərinə görə nüfuz edə bilərsən. Düzdür, insan öz xüsusiy-
yətlərini özü daha dərindən bilməlidir, lakin bəzən kənardan baxan 
hər hansı diqqətli bir şəxs sənin xüsusiyyətlərini çox aydınlığı ilə 
hiss edir. 
Nüfuz edən şəxsin nüfuz etdiyi şəxsə hansı mənada müdaxilə 
etməyi özündən asılıdır. Odur ki, başqasına edilən təsirlər də iki 
cür olur: müsbət və mənfi. Hamı çalışır ki, daha çox müsbət məna-
da nüfuz sahibi olsun. Lakin həyatda mənfi meyilli nüfuzedicilərə 
oxşar olmaq istəyənlər də var. 
Təsir etmək üçün iki şərt xüsusilə lazımdır. Birincisi, sənin xa-
rakterində haradasa nüfuzedici xüsusiyyətlər olsun, ikincisi, sən öz 
zəhmətinlə öz tələbatını ödəməyə çalış ki, kimlərinsə təsiri altına 
düşməyəsən, yəni özün təsir edən şəxs olasan, təqlid ediləsən. Səni 
təqlid edirlərsə, deməli, səndə bildiyin və bilmədiyin elə xüsusiy-
yətlər var ki, təsir edirsən. Təsir etmək isə nüfuz sahibi olmaqdır, 
yəni nüfuz etməkdir, başqalarının halını özününküləşdirməyi ba-
carmaqdır. 
Özü də əslində həyatda təsir altına düşən kəs yoxdur, təsir edən 
kəs var həyatda. Çünki bu bir qanundur ki, güclü nüfuz edən hə-
mişə özündən zəif nüfuz edəni təsir altına sala bilər. Deməli, bu 
qayda ilə zəiflər də özündən zəifi təsir altına salır. Bu bir silsilə təş-
kil edir. Buradan belə nəticə çıxır ki, təsir altına düşən kəs yoxdur, 
əslində təsir edən var. 
Təsirlər hər fərdə münasibətdə müxtəlif ola bilər: bir və ya çox-
sahəli. Ola bilsin ki, bir sahədə güclü təsir gücünə malik olan kəs, 
digər sahədə çox zəif nüfuzedicidir və təsirə məruz qalar. Ən böyük 
təsir edənsə ən böyük nüfuz sahibi, ən ali varlıqdır. Ən ali varlıq ən 

41


güclü təsir edəndir. Təsir gücünə görə hər varlığın müxtəlif xüsu-
siyyətləri olduğundan, kainatda bütün varlıqların ən müxtəlif qar-
şılıqlı təsirlərindən ümumi bir zaman axını yaranmışdır. Bu zaman 
axınında hər bir varlıq hər an üçün öz labüd mövcudluğunda olur 
və sabit olmayan bu mövcudluğu yaradan səbəblər toplusunda özü 
də bir səbəbə çevrilir. 
Mövcudluqların nisbi dəyişkənliyində zaman axan çayı xatırla-
dır. Ümumi aləmdə ən müxtəlif səbəblərdən yaranan və ən müxtəlif 
səbəblərə çevrilən təsir qüvvələri isə mövcudluqların daxili xarak-
terinin tələbatından doğan labüdlükdür. Çünki hər hansı mövcud-
luq hər hansı bir daxili tələbata malikdir ki, bu da reallaşan nisbi 
hərəkət deməkdir. İnsan da maddi aləmdə olan bir mövcudluqdur 
və deməli, insan da daxili tələbata malikdir. İnsanın daxili tələbatı 
onun istəyidir. İnsan öz mövcudluğunu qorumaq üçün xarici mü-
hitin fiziki təsirlərinə müəyyən müqavimət göstərir, həm də insan 
öz daxili tələbatına doğru can atır, bu hərəkətdir – həyatla istəyin 
uğrunda mübarizədir. 
İnsan öz istəyini həmişə hiss edir. Lakin əksər insanlar ümumi 
şüur  səviyyəsinə  uyğun  istəklərin  nədən  ibarət  olduğunu  həmişə 
dərk etmir. Nüfuz sahibi olmaq üçün özü öz istəyini dərk edən in-
san istəklərini ümumi şüur səviyyəsinə uyğunlaşdırmalıdır. Demə-
li, öz hissiyyatına ağlının gücü ilə hökmranlıq etməlidir. Bir sözlə 
özü-özünü dərk etməlidir insan. Özünü dərk etmək isə özündən do-
ğan səbəbləri bilib onu istiqamətləndirməyi bacarmaqdır. Həm də 
başqalarına təsir edə bilmək, yəni daimi təsir obyektinə çevrilmək 
üçün insan özü-özünü dərk etməlidir. 
Taleyin  acı  sınaqlarından  saf  çıxa  bilmək,  ömrün  xoş  keçən 
çağlarından feyzyab olmaq üçün insan həmişə özünü dərklə öz sa-
bitliyini qorumalıdır. Öz sabitliyini, təmkinini qoruya bilən kəslər 
nüfuz sahibləridir. Həm də özünü dərklə bir növ bu fəaliyyətinlə 
başqa  insanların  yaşanan  anlarına  nüfuz  etmək  üçün  özündə  bir 
məşq prosesi keçirirsən. 
İnsan mürəkkəb varlıqdır. Onun daxili aləmi böyük bir dünya-
dır. Sən başqa insanların daxili dünyaları ilə tanış olmaq istəyir-

42


sənsə  özün-özünü  dərk  etməyi  bacarmalısan.  Çünki  başqalarına 
nüfuz edib onu nəyəsə təhrik etməyin ən birinci şərti özünüdərkdən 
başlanır. 
Özünü dərk – özünü təhrik etməkdir. İnsanların bir çoxu öz-ö-
zünü təhrik edə bilmir. Belə adamlara el arasında iradəsiz deyirlər. 
Belə  şəxslər  dövlət  işlərində  də  məsuliyyətsizdirlər. Yəni  on-
ların bir amalı var: öz hissiyyatlarının tələbatlarını nə yolla olur 
olsun ödəmək. Bəzi kəslər öz ağıllarını bu istiqamətə sərf edirlər. 
Belə adamlar heç kəsi heç nəyə təhrik edə bilməzlər, ancaq özləri 
hər şeyə təhrik olunarlar. Ona görə də özünü təhrik edə bilməyən 
kəslər mənəviyyatca simasız olurlar. Elə ki özünü təhrik edə bildin, 
onda başqalarına da nüfuz edib onları təhrik edə bilərsən. 
Başqalarını təhrik etməyin ən müxtəlif üsulları var: bunlardan 
ən başlıcası qarşındakı obyektin düşüncələrini özününküləşdirmək-
dir, yəni öz düşüncələrini onun halında yaşatmaqdır. İkinci üsul öz 
halını və ya istədiyin formalı halı onun düşüncələrində yaşatmaq-
dır. Bunun üçün isə qarşındakı obyektin maddiliyinə təsir etməyi 
bacarmalısan. Hər halda kimi isə nəyəsə təhrik etmək üçün özün-ö-
zünü təhrik etməkdən başlamalısan. Həm də başqalarını nəyə isə 
təhrik edərkən ədalət prinsipi hökmən gözlənilməlidir. Təhrikçi öz 
biliyindən faydalı əməl kimi istifadə etməlidir. Təhrikçi bilməlidir 
ki, onu da nəyə isə təhrik edən tapılar. Ən böyük təhrikçi isə ən ali 
varlığın özüdür. 
Bəşəriyyət mövcud olduğu müddət ərzində müəyyən təkamül 
yolu keçmişdir. Bu yol irəliləyişə aparan spiral şəkilli bir yoldur. 
İnsanlar əsasən bəşəriyyətin keçdiyi yola iki cür qiymət verirlər: 
birincisi,  bəşəriyyətin  keçmişi  və  indisi.  İnsanların  mövcudluğu 
baxımından bu bir başlanğıc və sondur. İkincisi, bəşəriyyətin baş-
lanğıcı və inkişafı, yəni bəşəriyyət indi özünün hansı inkişaf mər-
hələsindədir. Məsələyə birinci baxımdan yanaşanda belə bir vəziy-
yətlə qarşılaşırıq, hər bir kəs bəşəriyyətin ən inkişaf etmiş dövrünü 
yaşadığı müddət ərzində görür. Yəni bəşəriyyət həmin şəxs üçün 
başlanğıc və son halda olur. İkinci baxımdan məsələyə yanaşsaq 
anlayarıq ki, bəşəriyyət hələ özünün yetkinlik yaşına çatmayıb. La-
kin bütün bunlar məsələnin bir tərəfidir. Məsələnin ümumi tərəfi 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


baylk--mlk---trkoloji.html

bayndrlk-ve-skan.html

bayquhmd-abbasov--toxmaq-.html

bayraim---rn-xanim-krmbyl.html

bayrak-devlet-ve-lman.html